2017-ci il çətin il olacaq: "KƏMƏRLƏRİMİZİ SIXMALIYIQ"(MİLLƏT VƏKİLİ)

  • By admin
  • 06 Yanvar 2017 11:54
tahir
“2017-ci il Azərbaycan iqtisadiyyatı üçün çətin il olcaq. Çünki Azərbaycan iqtisadiyyatı hələ də neftdən asılı olduğundan, neft amili iqtisadiyyata öz təsirini göstərir. Bildiyiniz kimi, son illərdə neftin qiymətinin kəskin ucuzlaşması Azərbaycan iqtisadiyyatına öz mənfi təsirlərini göstərib”.
Bunu Gununsesi.info-ya açıqlamasında millət vəkili Tahir Kərimli deyib.
Onun sözlərinə görə, əgər OPEK sözünün üstündə duraraq, neftin qiymətinin minimum 50 dollar civarında satılmasına nail olarsa, bu zaman ölkə iqtisadiyyatını hər hansı fəlakət gözləmir. “Neftin qiyməti 60-70 dollar civarında olarsa, bu, Azərbaycan iqtisadiyyatının dirçəlişinə səbəb olacaq. Bütün bunlara baxmayaraq, Azərbaycan hökuməti  neftin dünya bazardakı qiymətinin ən pis ssenarisini nəzərə alaraq,  büdcədə neftin qiymətini aşağı götürüb. Bücə yığcamlaşdırılıb. Büdcə kəsiri azaldılıb. Necə deyərlər, kəmərləri sıxmalı olacağıq. Bu, aksiomadır.Çətinliklər  labüddür və qaçılmazdır”- deyə, T.Kərimli qeyd edib.
Millət vəkili əlavə edib ki, 2017-ci ilin birinci  yarısını çətinliklərlə qarşılaşsaq da, ilin ikinci yarısından etibarən proseslər müsbətə doğru inkişaf edəcək. “Bu il ərzində bir sıra sənaye və texno parkların istifadə verilməsi nəzərdə tutulur. Qeyri- neft sektorunun müxtəlif sahələrində inkişaf gözlənilir. Digər tərəfdən  “Strateji Yol Xəritəsi”-nə uyğun olaraq bir sıra proqramların icrası planlaşdırılır. Odur ki, 2017-ci ildə ölkə iqtisadiyyatı üçün təlatümlər gözləmirəm. Bir daha təkrar edirəm ki, çətinliklər olacaq. Ancaq ilin ikinci yarısından etibarən iqtisadiyyatda bir dirçəlmə prosesinin başlanmasını  gözləyirəm”- deyə, T.Kərimli bildirib.
Mürtəza
Gununsesi.info