Azərbaycan İrəvanda keçirilən Avropa çempionatında iştirakdan imtina etdi

Azərbaycan İrəvanda keçirilən Avropa çempionatında iştirakdan imtina etdi

Azərbaycan aprelin 7-8-də İrəvanda keçiriləcək Kiokuşin karate üzrə Avropa çempionatında iştirakdan imtina edib.

Gununsesi.info “novosti-armeniya”-ya istinadən xəbər verir ki,  bu barədə Kiokuşin karate üzrə Federesayının prezidenti Andranik Akopyan bildirib.

Onun sözlərinə görə,  çempionatda 28 ölkədən 700-dək idmançının iştirakı gözlənilir. O deyib ki, Azərbaycan yarışa dəvət edilsə də, iştirakdan imtina edib. “Bununla yanaşı Azərbaycan Türkiyəni də  analoji addım atmağa  dəvət edib”- deyə, o bildirib.

 Gununsesi.info

COMMENTS