Azərbaycan-İran Hökumətlərarası Birgə Komissiyanın iclası keçiriləcək

  • By admin
  • 23 Dekabr 2016 13:16
iran
Gələn həftə Bakıda Azərbaycan-İran Hökumətlərarası Birgə Komissiyasının növbəti iclası keçiriləcək.
Bu barədə Gununsesi.info-ya İranın Azərbaycandakı sıfirliyindən məlumat verilib.
Səfirlikdən bildirilib ki, dekabrın 26-da  İranın rabitə və informasiya texnologiyaları naziri, Azərbaycan və İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Mahmud Vaezi Azərbaycana rəsmi səfər gələcək.
O dekabrın 27-də Bakıda keçiriləcək  Hökumətlərarası birgə komissiyasının iclasında iştirak edəcək.
İclasda ikiölkə arasında kənd təsərrüfatı və qida sənayesi, yüngül sənaye, əczaçılıq, nəqliyyat, logistika, turizm, İKT, tikinti, avtomobil sənayesi, tikinti materialları sahəsində gələcək əməkdaşlıq məsələləri müzakirə ediləcək.
İclasda eyni zamanda  Azərbaycan-İran arasında tikilməkdə olan dəmir yolu, həmçinin Azərbaycanın İran ərazisində Astara-Rəşt dəmiryolunun tikintisi ilə bağlı məsələlər də müzakirə ediləcək. 
İranın rabitə və informasiya texnologiyaları naziri, Azərbaycan və İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Mahmud Vaezi səfər çərçivəsində bir sıra rəsmilərlə görüşü nəzərdə tutulur. M. Vaezinin Azərbaycan prezidenti ilham Əliyev tərəfindən də  qəbul ediləcəyi gözlənilir.
Səfirlikdən onu da bildirdilər ki,  dekabrın 27-də İranın iş adamlarından ibarət nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində İqtisadiyyat Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (“Azpromo”) təşkilatçılığı ilə Azərbaycan-İran biznes forumu keçiriləcək. Forumda kənd təsərrüfatı və qida sənayesi, yüngül sənaye, əczaçılıq, nəqliyyat, logistika, turizm, İKT, tikinti, sement və digər tikinti materiallarının istehsalı, mühəndislik, avtomobil ehtiyat hissələrinin istehsalı, köhnəlmiş maşınların utilizasiyası və digər sahələrdə fəaliyyət göstərən İran şirkətlərinin nümayəndələrinin iştirakı gözlənilir.
Mürtəza
Gununsesi.info