Azərbaycan-İran sərhədi yaxınlığında avtomobil çaya düşüb, 4 nəfər ölüb

  • By admin
  • 25 Noyabr 2017 15:10


Azərbaycan-İran sərhədi yaxınlığında, İran Biləsuvarında avtomobil çaya aşıb.

APA-nın Tehran bürosunun məlumatına görə, İran Təcili Tibbi Yardım Təşkilatının sözçüsü Möhsin Sadiqi hadisənin Biləsuvarın Cəfərabad məntəqəsində baş verdiyini deyib. O bildirib ki, “Peugeot” markalı avtomobilin “Peykan” markalı avtomobillə toqquşmasından sonra “Peykan” 6 sərnişinlə birlikdə çaya düşüb. Nəticədə 4 nəfər ölüb, 2 nəfər xilas olub. Ölənlərdən iksi uşaqdır.

Gununsesi.info