Azərbaycan-İran sərhədində zəlzələ olub

  • By Günel
  • 13 Yanvar 2025 08:19

Azərbaycan-İran sərhədində 3.1 maqnitudalı zəlzələ olub.

Bu barədə Gununsesi.info -ya Seysmoloji Xidmət Mərkəzindən xəbər verilib.

Bildirilib ki, Zəlzələlərin Tədqiqatı Bürosunun məlumatına əsasən, yeraltı təkan Yardımlı stansiyasından 14 km şimalda, Azərbaycan-İran sərhdində (İran ərazisində) qeydə alınıb və 26 km dərinlikdə baş verib.

Zəlzələ hiss olunmayıb.

Gununsesi.info