Azərbaycan, İran və Gürcüstan dəmiryolu nəqliyyat dəhlizi yaratmağı planlaşdırırlar

  • By admin
  • 28 Noyabr 2016 11:09

demir4

“Tərəflər artıq tariflər və səfərlərin məsafəsi barədə razılıq əldə ediblər. Marşrutun bir ay müddətində işləyəcəyinə və yüklərin Fars körfəzi regionuna daşınmasına ümid edirik. Tranzit yüklər Rumıniyadan Gürcüstana, daha sonra Azərbaycana və sonra İrana çatdırılacaq”.

Gununsesi.info İran KİV-nə  istinadən xəbər verir ki, bu haqda İran Dəmir Yollarının vitse-prezidenti Hüseyn Aşuri Beynəlxalq nəqliyyat dəhlizi barədə danışarkən belə deyib. O bildirib ki, Azərbaycan, İran və Gürcüstan daha bir beynəlxalq dəhliz vasitəsi ilə tranzit yüklərin daşınmasını həyata keçirmək niyyətindədir.  H.Aşuri qeyd  edib ki,  yeni dəhliz yüklərin Qara dənizdən, Şərqi və Cənub-Şərqi Avropa, Qərbi Asiya, Fars körfəzindən Asiyanın cənub-şərq hissəsi nəql olunmasını nəzərdə tutur. Tərəflər artıq qeyd edilən dəhliz üzrə işə başlamağı planlaşdırırlar.

Belə ki, İran dəmir yollarının (Rəşt -Astara) tikintisi yekunlaşmadığından qeyd edilən dəhlizdən istifadə edilmirdi. Amma indi Azərbaycan, Gürcüstan və İran marşrutu işlətməyə hazırdır: “Tərəflər artıq tariflər və səfərlərin məsafəsi barədə razılıq əldə ediblər. Marşrutun bir ay müddətində işləyəcəyinə və yüklərin Fars körfəzi regionuna daşınmasına ümid edirik. Tranzit yüklər Rumıniyadan Gürcüstana, daha sonra Azərbaycana və sonra İrana çatdırılacaq”.

Bu marşrut üçün zəruri olan Rəşt-Astara dəmir yolunun tikintisi yekunlaşmasa da, İran yüklərin avtomobil yolları vasitəsilə danışacağına təminat verir.

Xatırladaq ki, İran tikilməkdə olan Rəşt-Astara dəmir yolunun yaxın vaxtlarda bitəcəyini bildirir. Lakin layihənin bitməsi üçün 1 mlrd. dollar həcmində maliyyə vəsaiti tələb olunur və Azərbaycan tərəfi tələb oluna vəsaitini yarı hissəsini təmin etməyə razılıq verib.

Gülnaz Qənbərli

Gununsesi.info