Azərbaycan İsraildə baş verən meşə yanğınlarının söndürülməsində iştirak edəcək.
Bu barədə Gununsesi.info-ya FHN mətbuat xidmətindən verilib.
Xəbər verildiyi kimi, İsrail Hökumətinin müraciəti əsasında Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, İsraildə tüğyan edən yanğınların söndürülməsi üçün Azərbaycan Fövqəladə Hallar Nazirliyinin “BE-200ÇS” amfibiya tipli təyyarəsini göndərməyi qərara alıb.
Təyyarə lazımi yanğınsöndürmə avadanlıqları ilə birgə bu gün günorta saatlarında İsrailə yola düşüb.
Gununsesi.info