
Azərbaycan-İsrail oyununu rumıniyalı hakimlər briqadası idarə edəcək
21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində Azərbaycan yığması bu gün ilk oyununu keçirəcək.
Gununsesi.info Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının saytına istinadən xəbər verir ki, yığmamız Akko şəhərindəki Municipal stadionunda İsrail komandası ilə qarşılaşacaq.
Belə ki, Bakı vaxtı ilə saat 20:30-da başlayacaq oyunu rumıniyalı hakimlər idarə edəcək.
Oyunun baş hakimi Catalin Gaman olacaq. Ona həmyerliləri Mircea Grigoriu və Marius Nicoara kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Catalin Popa yerinə yetirəcək.
Qeyd edək ki, yığmamızın oyunları “CBC Sport” telekanalında canlı yayımlanacaq.
Anar
Gununsesi.info