İsraildə səfirliyimiz açılır: Qərar layihəsi parlamentdə

Azərbaycanın İsraildə səfirliyi təsis ediləcək.

Gununsesi.info  xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasının gündəliyinə əlavə edilən “Azərbaycan Respublikasının İsrail Dövlətində (Tel-Əviv şəhərində) Səfirliyinin təsis edilməsi haqqında qərar layihəsində əksini tapıb.

HTML tutorial

Saytımıza açıqlamasında millət vəkili Kamal Cəfərov bildirib ki, Azərbaycan İsrail münasibətlərinin mövcud durumu bu məsələni reallığa çevirdi: “Azərbaycan İsraillə dost ölkədir. Bizim dostluğumuz 44 Günlük vətən savaşında bir daha  təsdiqləndi. Hesab edirəm ki, İsraildə səfirliyimizin açılması bu münasibətləri daha da irəliyə aparacaq”. 

Gununsesi.info