Azərbaycan kərə yağı idxalını 18% azaldıb

Azərbaycan kərə yağı idxalını 18% azaldıb


Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycan 25 mln. 771,57 min ABŞ dolları dəyərində 4 320,97 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edib.

Bu barədə Gununsesi.info Dövlət Gömrük Komitəsinin xarici ticarətin gömrük statistikasının aylıq hesabatına istinadən məlumat verib.

Məlumata görə, bu, həcm baxımından 2017-ci ilin 4 ilə müqayisədə 955,05 ton və ya 18,10% azdır. Məbləğ baxımından isə illik nisbətdə 5 mln. 502,28 min dollar və ya 27,14% çoxdur.

Qeyd edək ki, 2017-ci ilin yanvar-aprel aylarında Azərbaycana xarici ölkələrdən 20 mln. 269,29 min dollar dəyərində 5 276,02 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edilib.

Qeyd edək ki, 2018-ci ilin yanvar-aprel aylarında kərə yağı və süddən hazırlanmış digər yağlar məhsullarının idxalı Azərbaycanın ümumi idxalının 0,85%-ni təşkil edib.

Gununsesi.info

COMMENTS