Azərbaycan- Kamerun- 28:26 – Qadın həndbolcularımız da “İslamiada”ya uğurla başladı - FOTO

  • By admin
  • 09 May 2017 21:26

az-can-kamerun

Mayın 9-da qadın həndbolçulardan ibarət Azərbaycan millisi “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında ilk matçına çıxıb.

Gununsesi.info xəbər verir ki, günün son oyununda Azərbaycan milli komandası Kamerun yığması ilə qarşılaşıb.

“Sərhədçi” İdman Olimpiya Mərkəzində keçirilən qarşılaşmanın ilk hissəsi 16:14 hesabı ilə millimizin xeyrinə yekunlaşıb. Matçın ikinci hissəsində də üstünlüyü əldən verməyən komandamız İslamiadaya qələbə ilə başlayıb – 28:26.

Matçı ruminiyalı hakimlər briqadası idarə edib.

Gununsesi.info