Azərbaycan-Kanada oyunu heç-heçə bitib

  • By admin
  • 04 İyun 2016 11:22

Canada's Scott Arfield moves the ball against Mexico during second half FIFA World Cup qualifying soccer action in Vancouver, B.C., on Friday March 25, 2016. THE CANADIAN PRESS/Darryl Dyck

Milli komandamız iyunun 3-də Avstriyadakı təlim-məşq toplanışı çərçivəsində son yoldaşlıq oyununu keçirib.

Gununsesi.info-nun məlumatına görə, Robert Prosineçkinin yetirmələri Kanada ilə qarşılaşıblar. Bu, yığma komandamızın toplanış çərçivəsindən üçüncü matçı olub. Oynadığı ilk iki qarşılaşmada qalibiyyət üzü görməyən millilər bu dəfə də sevinə bilməyib.

Andorra ilə qolsuz bərabərliyə razılaşıb Makedoniyaya məğlub olan (1:3) əsas komandamız bu dəfə daha güclü rəqibə qarşı bərabərliklə barışmalı olub.

Matçda hesabı şimali amerikalılar açıblar. Akindele təkbətəki boşa verməyib. İlk hissə bu hesabla başa çatıb. Millimiz ikinci hissədə bu qolun əvəzini çıxa bilib.

Cərimə meydançasında Ağabala Ramazanova qarşı kobud oyundan sonra təyin olunmuş penalti zərbəsini Dmitri Nazarov qola çevirib. Oyunda başqa qol olmayınca, matç elə bu hesabla da yekunlaşıb.

Azərbaycan – Kanada – 1:1

Qollar: Nazarov, 57 (pen.) – Akindele, 44