“Azərbaycan kibertəhlükəsizliklə mübarizə aparmaq üçün lazımi addımlar atılır” SƏFİR

Azərbaycanın kifayət qədər mürəkkəb qonşuluğu var. Bu baxımdan, digər sahələrdə olduğu kimi, hərbi sektorda da kibertəhlükəsizlik çox önəmlidir. Ölkə başçısı İlham Əliyev də bildirib ki, kibertəhlükəsizlik Azərbaycan üçün əsas prioritetdir.

Bunu “APA-Economics”ə açıqlamasında Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld deyib.

O bildirib ki, hazırda Azərbaycan tərəfindən kibertəhlükəsizliklə mübarizə aparmaq üçün lazımi addımlar atılır: “Böyük Britaniya tərəfindən ilk dəfə olaraq Azərbaycanda təşkil olunan Böyük Britaniya kibertəhlükəsizlik sərgisində 4 aparıcı şirkətimiz təmsil olunur. Belə bir sərginin təşkil olunmasında məqsəd müxtəlif sahələrdə kibertəhlükəsizliklə mübarizədə Azərbaycana dəstək olmaqdır”.

 

 

Gununsesi.info