Azərbaycan Kinematoqrafçılar İttifaqı “Cənubda kino günləri” layihəsinə start verir

Azərbaycan Kinematoqrafçılar İttifaqı Biləsuvar, Lerik, Lənkəranda “Cənubda kino günləri” layihəsinə start verir.

Gununsesi.info xəbər verir ki, ilk nümayiş 25-26 iyun tarixlərində Biləsuvarda gerçəkləşəcək.

HTML tutorial

Layihənin məqsədi son illərdə dövlət sifarişi və müstəqil şəkildə istehsal olunan Azərbaycan filmlərinə baxış keçirməkdir.

Layihə çərçivəsində Mirbala Səlimlinin “Qırmızı bağ”, İlqar Nəcəfin “Nar bağı”, Məzahir Həşimovun “Sizə məktub var”, Kamal Yaşarın “Dan yeli”, Amil Amalın “Titrəmə”, “Dəhlizdə”, Elvin Adıgözəlin “Biləsuvar” filmləri nümayiş olunacaq. (Teleqraf.com)

Gununsesi.info