“Azərbaycan” kinoteatrı 100 min manata satışa çıxarılıb

  • By admin
  • 06 Mart 2017 16:27

12_big

“Azərbaycan” kinoteatrı 100 min manata satışa çıxarılıb.

Gununsesi.info bu haqda Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə istinadən bildirir ki, mədəniyyət obyekti torpağı ilə birlikdə apreldə hərracda olacaq.

Kinoteatrın yerləşdiyi torpağın qiyməti isə 50 min manata təklif edilir.

Bundan əlavə, Sumqayıtda “Şəfəq” adlı 120 kv.m-lik kafe də 25 minə hərraca qoyulub. 318 kv.m-lik torpağının qiyməti isə 10 min manata təklif edilir.

Sumqayıtda S.Vurğun küçəsində yerləşən 1 saylı təsərrüfat hesablı stomatoloji poliklinika  350 min manata hərraca çıxarılması gözlənilir.

Qusarda Tədarük Bazası torpağı ilə birlikdə 260 min manata, İmişli rayonu Cavadxanlı kəndində “Yardımçı təsərrüfat” (533 kv.m) 500 min manata, torpağı isə 460 min manata hərraca çıxarılacaq.

Aprel ayındakı hərraclarda “Zaqatala Fındıq” Zavodunun 125992 səhmi satışa çıxarılıb. Səhmlərin nominal dəyəri 252 min manat, hərrac qiyməti isə 126 min manat təşkil edir.

Vüsalə Rüstəmova

Gununsesi.info