Azərbaycan kosmonavtların xilas edilməsi ilə bağlı beynəlxalq sazişə qoşulur.
Gununsesi.info xəbər verir ki, bununla bağlı layihə Milli Məclisin dekabrın 16-da keçiriləcək iclasının gündəliyinə daxil edilib.
İclasda “Kosmonavtların xilas edilməsi, kosmonavtların geri qaytarılması və kosmik fəzaya çıxarılmış obyektlərin geri qaytarılması haqqında Saziş”ə qoşulmaq barədə qanun layihəsi müzakirəyə çıxarılaraq səsə qoyulacaq.













