“Azərbaycan Krımda keçirilən “seçkilər”i tanımır” - XİN-DƏN AÇIQLAMA

  • By admin
  • 12 Sentyabr 2019 20:09

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva Krım yarımadasında keçirilmiş qondarma “yerli seçkilər”ə münasibət bildirib

Gununsesi.org XİN-dən verilən açıqlamanı sizə təqdim edir :

HTML tutorial

“Azərbaycan Xarici İşlər Nazirliyi Ukraynanın Konstitusiyasında təsbit olunduğu kimi, bu ölkənin beynəlxalq miqyasda tanınmış sərhədləri çərçivəsində suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bir daha təsdiqləyir. Buna görə də, Azərbaycan Respublikası Ukrayna Hökumətinin razılığı olmadan keçirilən hər hansı “seçkilər”i tanımır”.

 

Gununsesi.org