
19 yaşadək qızlardan ibarət Azərbaycan yığması Rusiyanın Soçi şəhərində təşkil olunmuş “Kuban baharı” turnirində bu gün Krasnodar vilayətinin yığma komandası ilə qarşılaşıb.
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasından (AFFA) Gununsesi.info-ya verilən məlumata görə, qarşılaşma yığmamızın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, yığmamızın qollarını Merve Özdemir və Vüsalə Seyfətdinova vurub.
Anar
Gununsesi.info