Azərbaycan Kuboku: “Neftçi” “Sumqayıt”a uduzub

  • By admin
  • 16 Dekabr 2019 21:17

Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin daha bir ilk oyunu keçirilib.

Gununsesi.org xəbər verir ki, “Neftçi” “Sumqayıt”ı qəbul edib.

“Bakcell Arena”da baş tutan matçda qonaqlar qalib gəlib – 1:0. Qarşılaşmanın 48-ci dəqiqəsində Rəhim Sadıxov fərqlənib.

Qeyd edək ki, bu komandalar arasında cavab görüşü dekabrın 20-də Sumqayıtdakı “Kapital Bank Arena”da olacaq. Oyun saat 17:00-da başlayacaq.

 

Gununsesi.org