Azərbaycan Kuboku: “Qarabağ” “Keşlə”ni məğlub edib

  • By admin
  • 16 Dekabr 2019 22:13

Futbol üzrə Azərbaycan Kubokunda ilk 1/4 final oyunlarına yekun vurulub.

Gununsesi.org-un məlumatına görə, son oyunda “Qarabağ” “Keşlə”ni qəbul edib.

Tofiq Bəhramov adına Respublika stadionunda keçirilmiş matç meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb – 1:0. Yeganə qolu 53-cü dəqiqədə İsmayıl İbrahimli vurub.

Qeyd edək ki, əvvəlki 3 görüşdə “Qəbələ” evdə “Sabah”ı 3:0, “Sumqayıt” səfərdə “Neftçi”ni 1:0 hesabı ilə yenib. “Səbail” – “Zirə” matçında isə hesab açılmayıb – 0:0. Cavab görüşləri 19-20 dekabrda keçiriləcək.

 

Gununsesi.org