Azərbaycan Kuboku: “Qarabağ” mərhələ adladı

  • By Ayshan
  • 03 Dekabr 2025 22:02

Bizon Azərbaycan Kuboku”nda 1/4 finala vəsiqə qazanan növbəti komanda müəyyənləşib.

 

Gununsesi.info xəbər verir ki, Premyer Liqa təmsilçiləri “Qarabağ” və “Karvan-Yevlax” arasında keçirilən qarşılaşmada meydan sahibləri 3:0 hesabı ilə qalib gələrək növbəti mərhələyə adlayıb.

 

“Azersun Arena”da Əliyar Ağayevin idarə etdiyi matçın 80-ci dəqiqəsində Nəriman Axundzadə fərqlənib. 3 dəqiqə sonra isə rəqib oyunçu Elvin Yunuszadə topu öz qapısına göndərib. 89-cu dəqiqədə Nəriman Axundzadə yenidən rəqib qapısına yol taparaq “dubl”a müəllifi olub.

 

Qeyd edək ki, daha öncəki oyunlarda “Sabah” “İmişli”ni (2:1), “Şamaxı” “Bakı Sportinq”i (1:0), “Turan Tovuz” “Şahdağ Qusar”ı (2:1), “Zirə” isə əlavə vaxtda “Neftçi”ni (1:0) məğlub edərək 1/4 finala vəsiqə qazanmışdılar.

Gununsesi.info