Futbol üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsinə yekun vurulub.
Gununsesi.info xəbər verir ki, raundun sonuncu matçında “Sabah” “Kəpəz”i qəbul edib.
Qarşılaşma paytaxt klubunun 2:0 hesablı qələbəsi ilə bitib.
Qeyd edək ki, günün birinci oyununda “Keşlə” “Qaradağ Lökbatan”ı 2:1 hesabı ilə üstələyib. İlk oyun günündə “Səbail” səfərdə “Zaqatala”nı 3:1, “Qəbələ” isə MOİK-i 2:1 hesabı ilə məğlub edib.
Gununsesi.info