Bizon Azərbaycan Kubokunun 1/8 final mərhələsinə yekun vurulub.
Gununsesi.info xəbər verir ki, bu raundun son oyununda “Araz-Naxçıvan” “Kəpəz”i qəbul edib.
“Liv Bona Dea Arena”da keçirilən matçda Gəncə təmsilçisi 1:0 hesablı qələbə qazanıb.
116-cı dəqiqədə fərqlənən Ryonosuke Ohori komandasını 1/4 finala daşıyıb.
Qeyd edək ki, Bizon Azərbaycan Kubokunun 1/4 final mərhələsində “Kəpəz” “Turan Tovuz”la, “Sumqayıt” “Zirə” ilə, “Şamaxı” “Qarabağ”la, “Sabah” isə “Qəbələ” ilə qarşılaşacaq.













