Azərbaycan Kubokunda 1/4 final mərhələsinə vəsiqə qazanan daha bir komanda bəlli olub

  • By admin
  • 28 Noyabr 2017 19:21


Azərbaycan Kubokunda 1/4 final mərhələsinə vəsiqə qazanan daha bir komanda bəlli olub.
“Report” xəbər verir ki, “Qarabağ”dan sonra “Neftçi” 1/8 finalda rəqibini üstələyib.
“Ağ-qaralar” “Bakcell Arena”da baş tutan dueldə I Divizionun autsayderi “Zaqatala”dan güclü olublar 5:0. Meydan sahiblərinin heyətində Daniel Seqoviya het-trik edib. Digər qollara isə Uqo Barqasla Emin Mahmudov imza atıblar.
Növbəti mərhələdə ilk matçını səfərdə keçirəcək “Neftçi” “Zirə” – “Xəzər” cütünün qalibi ilə qarşılaşacaq.
Qeyd edək ki, 1/4 finalın ilk oyunları 10-11, cavab görüşləri isə 14-15 dekabrda keçiriləcək.

Gununsesi.info