Azərbaycan kubokunda ilk yarımfinalçı bəlli oldu- VİDEO

Azərbaycan kubokunda ilk yarımfinalçı bəlli oldu

Bu gün Azərbaycan kubokunda 1/4 final mərhələsinin cavab görüşlərinə start verilib.

Gnunsesi.info xəbər verir ki, ilk oyun günündə iki matç oynanılır.

Cavab qarşılaşmalarına Gəncədə start verilib. Premyer Liqanın autsayderləri “Kəpəz”lə “Keşlə” yarımfinala vəsiqə uğrunda mübarizə aparıb. Paytaxt təmsilçisi evdə qazandığı 2:0 hesablı qələbədən sonra bir addımlığında olduğu vəsiqəni əldən verməməyə çalışıb. Amma “Kəpəz” futbolçuları bunu bacarmayıb. Oyun “Keşlə”nin qələbəsi ilə başa çatıb.

“Kəpəz” – “Keşlə” – 2:3

Qollar: Şəhriyar Rəhimov, 49, Kamran Abdullazadə, 79 – Mirsahib Abbasov, 33, 84, Pərdis Fərcad-Azad, 81

Gəncə şəhər stadionu

İlk oyun – 0:2

“Kəpəz”: 1.Davud Kərimi, 9. İlkin Sadıqov, 19. Aydın Qasımov, 24. Məhəmməd Qurbanov, 13.Şəhriyar Rəhimov (k), 4. Şəhriyar Əliyev, 6. Ceyhun Cavadov, 12. İlyas Səfərzadə, 18. Tural Cəlilov, 10. Tural Rzayev, 3. Dedimar Fereyra

Ehtiyat oyunçular: 22. Ruzi Qiyaslı, 2. Yusif Cəfərov, 7. Sergey Çernişev, 15. Azad Kərimov, 17. Əli Səmədov, 16. Azər Məmmədov, 20. Samba Dialo, 21. Novruz Məmmədov, 26. Ba Mansur Aladji, 11. Kamran Abdullazadə

Baş məşqçi: Yunis Hüseynov

“Keşlə”: 1. Orxan Sadıqlı, 3. Denis Silva (k), 4. Slavik Alxasov, 6. Samir Zərgərov, 7. Mirsahib Abbasov, 9. Pərdis Fərcad-Azad, 22. İlkin Qırtımov, 27. Adrian Skarlatake, 33. Tərlan Quliyev, 80. Rafael Məhərrəmli, 88. Məmməd Quliyev

Ehtiyat oyunçular: 16. Şahin Zəkiyev, 2. Sertan Taşkın, 24. Fuad Bayramov, 39. Əlibəy Məmmədli, 40. Asif Vəliyev, 46. Əsəd Məsimov, 53. Emil Əliyev, 56. Urfan İsmayılov, 58. Sinan Akkoyun, 66. Murad Qayalı, 77. Oleq Hüseynov, 81. Elvin Cəfərquliyev

Baş məşqçi: Ramiz Məmmədov

İlk oyun gününə Bakıda yekun vurulacaq. 1/4 finalın ən çox maraq kəsb edən cütündə “Neftçi” “Zirə”ni qəbul edəcək. İndiyədək heç vaxt evdə bu rəqibi məğlub edə bilməyən “ağ-qaralar” minimal hesablı məğlubiyyətin əvəzini çıxmağa çalışacaq. Tərlan Əhmədovun yetirmələri çətinə düşən avrokubok şansını kubok vasitəsilə gerçəkləşdirmək üçün mütləq qalib gəlməlidir. “Zirə” isə tarixinin ilk tituluna iddialı olduğunu səfərdə də isbat etməlidir.

19:00. “Neftçi” – “Zirə”

8-ci km qəsəbə stadionu

İlk oyun – 0:1

Gununsesi.info

COMMENTS