Azərbaycan mədəniyyətinə AĞIR İTKİ

  • By admin
  • 04 May 2021 17:52

“Qaya” ansamblının gitaraçısı, pedaqoq, rəssam və şair Adil Qədirov vəfat edib.

Gununsesi.info xəbər verir ki, bunu Trend-ə “Qaya”nın vokalçısı, Xalq artisti Cavan Zeynallı deyib.

Onun sözlərinə görə, musiqiçi 66 yaşında koronavirusdan dünyasını dəyişib.

Adil Qədirov 1980-ci illərdə “Qaya” ansamblının və onun nəzdində yaradılmış “Talisman” rok qrupunun üzvü olub.