Azərbaycan Mərkəzi Bankının sədri milli iqtisadiyyatın vəziyyətini açıqladı

  • By admin
  • 20 Oktyabr 2020 20:47

“Bu ilin əvvəlində biz gözlənilmədən çox ciddi xarici şoklarla üz-üzə gəldik”.

Gununsesi.info xəbər verir ki, bunu AzTV-nin efirində Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov deyib.

HTML tutorial

“Bütövlükdə koronavirus (COVID-19) pandemiyası, iqtisadi fəaliyyətin məhdudlaşdırılması, neft qiymətlərinin aşağı düşməsi, neft hasilatının azalması ilə bağlı OPEC+ sazişinə qoşulmağımız və sentyabr ayından Ermənistanın hərbi təcavüzü, təbii olaraq iqtisadiyyat üçün ciddi sınaq, ciddi şokdur. Ancaq hazırda iqtisadi terminologiya ilə desək, milli iqtisadiyyat ideal ştorm vəziyyətindədir”, – o qeyd edib.

 

 

Gununsesi.info