Azərbaycan malını Rusiyaya buraxmadılar

Azərbaycan malını Rusiyaya buraxmadılar

“Rosselxoznadzor” Azərbaycanı türk mallarının ixracatında ittiham edir

sud

 

Azərbaycandan Rusiyaya aparılan 18 tondan çox süd və süd məhsulu saxlanılıb. ANS PRESS-in məlumatına görə, bu barədə Rusiyanın fitosanitariya və baytarlığa nəzarət xidməti – “Rosselxoznadzor” idarəsinin rəsmi saytında məlumat yayılıb. Bildirilir ki, “Rosselxoznadzor”un Moskva şəhəri üzrə idarəsinin əməkdaşları, paytaxt, eləcədə Moskva və Tula vilayətlərində sertifikatı yanlış rəsmiləşdirilmiş 18 tondan çox süd məhsulunu Tulaərazisində saxlayıb.

“Moskva şəhəri Federal Xidmətin İdarə si Azərbaycandan daxil olan 18.7 ton dəyərində süd məhsullarının rəsmiləşdirilməsi prosesini dayandırılıb”, deyə, məlumatda deyilir.

Məlumatda o da qeyd edilib ki, baytarlıq yoxlamasının keçirilməsi vaxtı təyin edilib ki, məhsulları saxlanılan şəxsin təqdim etdiyi sənədlər xüsusi blankda yox adi kağızda “rəsmiləşdirilir”. Onun üzərində xüsusi nişanlar da yoxdur.

Hazırda həmin məhsullar saxlamaya kamerasına yerləşdirilib.

Mart ayaında Rusiya Federasiyasının “Rosselxoznadzor”u Azərbaycanməhsullarına qarşı “müharibəni” davam etdirib. ANS PRESS-in məlumatına görə, Federal XidmətinDağıstan Respublikası üzrə idarə heyəti Azərbaycandan Rusiya ərazisinə aparılan, ümumi çəkisi 58 ton olan qoz, alma və pomodor məhsullarını saxlayıb.

Bundan öncə də Rusiya Azərbayacan tərəfini qadağan edilən türk məhsullarını öz adı ilə ölkəyə gətirməkdə ittiham etmişdi.

Hələ yanvar ayında Azərbaycanın 1 ay ərzində ixracatı 5 dəfə artırması Rusiyada şübhə yaradıb

COMMENTS