Azərbaycan medal sayında 19-cu yerə yüksəlıb

  • By admin
  • 10 Sentyabr 2016 14:37

rio-para-rio

Rio-de-Janeyroda keçirilən XV Yay Paralimpiya Oyunları davam edir.

HTML tutorial

Gununsesi.info xəbər verir ki, yarışın ikinci günündə daha 49 dəst medal sahibini tapıb. Bu medallardan bir dəsti isə Azərbaycan millisinin aktivinə yazılıb. Yığmamızın paralimpiyaçılarından Ramil Qasımov (cüdo, 73 kq) çempion adını qazanıb. Yelena Çebanu (atletika, 100 m) ikinci, Rövşən Səfərov (cüdo, 81 kq) üçüncü yeri tutublar. Bununla da Azərbaycan idmançılarının qazandıqları medalların sayı dördə çatıb və ölkəmiz komanda hesabında 19-cu yerə yüksəlib.

Medal qazanan ölkələrin siyahısına Çin başçılıq edir. Çinlilərin aktivində 49 medal var. Onlardan 20-si qızıl, 17-si gümüş, 12-si isə bürüncdür. İkinci pillədə 27 medalı (12-6-9) olan Böyük Britaniya qərarlaşıb. Ukrayna 26 medal (7-6-13) ilk üçlükdə mövqeyini qoruyub.

Qeyd edək ki, yarışın ilk günündə cüdoçumuz Bayram Mustafayev (66 kq) gümüş medal qazanmışdı.

Gununsesi.info