Polşanın Krakov şəhərində üçüncü Avropa Oyunları bu gün başa çatır.
Gununsesi.info xəbər verir ki, yarışda Azərbaycan milli komandası 14 idman növü üzrə 101 idmançı ilə təmsil olunur.
Bu günə qədər Azərbaycan komandası ümumilikdə 9 medal qazanıb. Bunlardan 2-si qızıl, 1-i gümüş, 6-ı isə bürüncdür.
Əvvəlki günlə müqayisədə milli komandamız medal sıralamasında 4 pillə geriləyib və hazırda 29-cu yerdə qərarlaşıb.
Siyahıya 90 medalla (28 qızıl, 24 gümüş, 38 bürünc) yenə İtaliya başçılıq edir. İspaniya 53 medalla (20 qızıl, 14 gümüş, 19 bürünc) 2-ci, Ukrayna 39 medalla (20 qızıl, 11 gümüş, 8 bürünc) 3-cüdür.
Gununsesi.info