Bu gün qadın voleybolçular arasında Avro-2017-də növbəti oyunlara start verilib.
Gununsesi.info xəbər verir ki, ilk matçında Macarıstan kollektivini məğlub edən milli komandamız, bu gün Polşa voleybolçuları ilə qarşılaşır.
Qeyd edək ki, qrupumuzun digər görüşündə Macarıstan Almaniya ilə üz-üzə gələcək.
A qrupu, II tur
Azərbaycan – Polşa
Hakimlər: Kseniya Yurkoviç (Xorvatiya), Yuray Mokri (Slovakiya)
***
Millimiz ilk setdə polşalı rəqiblərinə böyük üstünlük qurmağı bacarıblar. Voleybolçularımız seti 25:14 öndə bitirərək ümumi hesabda 1-0 irəli çıxıblar.
***
İkinci setdə gərgin mübarizə olub. Polşa komandası voleybolçularımıza çətinlik yaratsalar da, millimiz setin sonunda 25:21 qalib gəlməyi bacarıb. Hazırda Azərbaycan komandası ümumi hesabda 2-0 öndədir.
Gununsesi.info