Azərbaycan millisi Bolqarıstana böyük hesabla uduzub

  • By ilhame
  • 14 Mart 2024 19:48

17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsinin 2-ci raundunda Bolqarıstana uduzub.

 

Gununsesi.info xəbər verir ki, qarşılaşma Bolqarıstanın 6:1 hesablı qələbəsi ilə yekunlaşıb.

 

B qrupunda yer alan millimizin yeganə qoluna 25-ci dəqiqədə Xanım Əsədova imza atıb.

 

Qeyd edək ki, Azərbaycan millisi turnirdə növbəti matçını martın 17-də Sloveniya millisinə qarşı keçirəcək.

Gununsesi.info