Azərbaycan millisi bu gün Bolqarıstanla üz-üzə gələcək

  • By admin
  • 25 Mart 2024 10:15

Azərbaycan millisi Bakıda təşkil olunan “FIFA series – Edition 2024” layihəsində bu gün növbəti oyununu keçirəcək.

Gununsesi.info xəbər verir ki, Azərbaycan yığma komandası Bolqarıstan kollektivi ilə üz-üzə gələcək.

Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma saat 20:00-da başlanacaq.

Görüşü estoniyalı hakim Kristo Tohver idarə edəcək. Saat 17:00-da start götürəcək digər oyunda Tanzaniya və Monqolustan seçmələri qarşılaşacaqlar.

“FIFA series – Edition 2024”

25 mart

20:00. Azərbaycan – Bolqarıstan

Baş hakim: Kristo Tohver (Estoniya)

Bakı, Tofiq Bəhramov adına Respublika stadionu

Qeyd edək ki, komandamız ilk matçında Monqolustana, bolqarlar isə Tanzaniyaya 1:0 hesabı ilə qalib gəlib.

 

Gununsesi.info