Azərbaycan millisi bu gün Haiti ilə qarşılaşacaq

  • By Günel
  • 22 Mart 2025 09:08

Bu gün Azərbaycan milli komandası Haiti yığması ilə yoldaşlıq oyunu keçirəcək.

Gununsesi.info xəbər verir ki, komandalar Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda qarşılaşacaq.

Görüşü Türkiyədən olan hakimlər briqadası idarə edəcək.

Qeyd edək ki, Azərbaycan yığması növbəti yoxlama oyununu martın 25-də Belarusa qarşı keçirəcək.

Yoldaşlıq oyunu

22 mart

21:45 Azərbaycan – Haiti

Baş hakim: Kadir Sağlam (Türkiyə)

Baş hakimin köməkçiləri: Deniz Caner Ozaral, Anıl Usta (hər ikisi Türkiyə)

Dördüncü hakim: Fərid Hacıyev (Azərbaycan)

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.

Gununsesi.info