Futbol üzrə dünya çempionatının seçmə mərhələsində bu gün saat 22:45-də Ostrava şəhərindəki “Mestsky” stadionunda Çexiya və Azərbaycan milli komandaları qarşılaşacaq.
Gununsesi.info Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, oyunu Sloveniyadan olan hakimlər briqadası idarə edəcək.
Görüşün baş hakimi Matej Juq olacaq. Ona həmyerliləri Tomaş Klançnik və Manuel Vidali kömək edəcəklər. Dördüncü hakim funksiyasını Mitja Zqaneç yerinə yetirəcək.
Qarşılaşmanın UEFA nümayəndəsi kiprli George Kumas, hakim-inspektoru isə ispaniyalı Manuel Diaz Veqa olacaq.
Anar
Gununsesi.info