Azərbaycan millisindən imtina etmiş futbolçu əfv olundu - FOTO

  • By admin
  • 05 Yanvar 2018 18:23

21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının (U-21) heyəti açıqlanıb. 

Gununsesi.info xəbər verir ki, U-21-in yeni baş məşqçisi Rəşad Sadıqov ilk təlim-məşq toplanışına 26 futbolçu dəvət edib.

Bu oyunçular yanvarın 9-dan 27-dək Türkiyənin Antalya şəhərində baş tutacaq hazırlıqlara qatılacaq. Sadıqov ölkə xaricindən yalnız iki futbolçu çağırmağı məsləhət bilib.

Bunlardan biri əvvəllər də aşağı yaş qrupları üzrə millilərə dəvət olunmuş Murad Xaçayevdirsə, digəri qalmaqallı Ozancan Kökcüdür. Niderland vətəndaşlığı da olan “Feyenoord”un yetirməsi sosial şəbəkədəki profilində Azərbaycan millisində iştirak etməkdən imtina etsə də, sonradan verdiyi müsahibədə səhv etdiyini, yığmaya qayıtmaq istədiyini açıqlayıb. Bu üzdən onu yenidən yığmada görəcəyik.

Image result for Ozancan kokcu imtina etdi

Beləliklə, Antalya toplanışında Kamran İbrahimov, Elnur Cəfərov, Elvin Sərkərov, Ömər Buludov, Anton Krivotsyuk (hamısı “Neftçi”), Ehtiram Şahverdiyev, Xəyal Nəcəfov, Bəhlul Mustafazadə, Ülvü İsgəndərov (hamısı “Sumqayıt”), Sərtan Taşkın, Murad Qayalı, Rafael Məhərrəmli (hamısı “Keşlə”), İsmayıl İbrahimli, Aydın Bayramov (hər ikisi MOİK), Famil Camalov, Əsgər Hüseynov (hər ikisi “Qarabağ”), Fəhmin Muradbəyli, Murtuzəli Abakarov (hər ikisi “Səbail”), Abdulla Seyidəhmədov, İlkin Muradov (hər ikisi “Zirə”), İlyas Səfərzadə, Yusif Cəfərov (hər ikisi “Kəpəz”), Hacıağa Hacılı, Qismət Alıyev (hər ikisi “Qəbələ”), Ozancan Kökcü (“Valveik”, Hollandiya), Murad Xaçayev (“Şaxtyor”, Ukrayna) iştirak edəcək.

Qeyd edək ki, Murad Xaçayev və Qismət Alıyev komandaya yanvarın 17-də qoşulacaq.

Gununsesi.info