21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib.
Gununsesi.info xəbər verir ki, “Qarabağ”ın hücumçusu Musa Qurbanlı U-21-in heyətinə cəlb olunub.
Qeyd edək ki, U-21 millimiz Avropa çempionatının seçmə mərhələsi çərçivəsində oktyabrın 12-də Şimali İrlandiya, oktyabrın 15-də isə İngiltərə yığması ilə səfərdə qarşılaşacaq.