
Azərbaycan millisinin sabiq futbolçusu Tuğrul Erat Almaniyada klubsuz qalıb.
Gununsesi.info-nun məlumatına görə, II Bundesliqada çıxış edən “Duysburq” klubu 26 yaşlı sağ cinah müdafiəçisi ilə başa çatan müqavilənin müddətini uzatmayıb. O, 2016-cı ilin iyunundan bu komandanın formasını geyinirdi.
Qeyd edək ki, Tuğrul Erat ilk dəfə 2013-cü ildə Azərbaycanın U-21 yığmasına dəvət alıb. O, növbəti il əsas milliyə çağırılıb və 2 oyuna çıxıb.
Gununsesi.info