Azərbaycan millisinin yeni baş məşqçisinin təqdimat mərasiminin vaxtı açıqlanıb

  • By ilhame
  • 12 İyun 2024 13:07

İyunun 13-də futbol üzrə Azərbaycan millisinin yeni baş məşqçisi Fernandu Santuşun təqdimat mərasimi və mətbuat konfransı keçiriləcək.

Gununsesi.info xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

“Hilton” hoteldə təşkil olunacaq tədbir saat 12:00-da başlayacaq.

Qeyd edək ki, AFFA F.Santuşla AVRO-2028-in seçmə mərhələsinin sonunadək müqavilə imzalayıb.

Gununsesi.info