Azərbaycan Müdafiə Nazirliyi Qarabağdakı erməni silahlılarını təslim olmağa çağırıb

  • By ilhame
  • 19 Sentyabr 2023 20:57

Azərbaycanın Qarabağ iqtisadi rayonunda yerləşən Ermənistan silahlı qüvvələri birləşmələrinin üzvlərini silahı yerə qoyaraq təslim olmağa çağırırıq.

Gununsesi.info  xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polkovnik Anar Eyvazov sentyabrın 19-da Qarabağdakı antiterror tədbirləri ilə bağlı keçirilən növbəti brifinqdə deyib.

“Həmçinin ərazidə olan mülki şəxslərə qətiyyən onlara yaxın durmamağı və hər hansı yardım etməməyi tövsiyə edirik. Tövsiyə xarakterli bildirişlər səsgücləndirici və digər texniki vasitələrlə çatdırılır”, – o vurğulayıb.

 

Gununsesi.info