Azərbaycan müdafiə xərclərini - 1 MİLYARD MANAT ARTIRIR

  • By admin
  • 17 Noyabr 2016 12:46

Ateshkes

Azərbaycanın 2017-ci il dövlət büdcəsində müdafiə xərcləri artırılıb.

Gununsesi.info xəbər verir ki, prezident İlham Əliyev tərəfindən Milli Məclisinə (MM)  təqdim olunmuş “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində gələn il üçün müdafiə xərcləri 1 mlrd. 26 mln. 700 min manat və ya 63,66 artırılaraq 2 mlrd. 642 mln. manat səviyyəsində proqnozlaşdırılıb.

Büdcə layihəsinin yekun versiyasında müdafiə xərclərindən 1 mlrd. 269 mln. 905 min 140 manat müdafiə qüvvələri, 111 mln. 929 min 106 manat milli təhlükəsizlik, 2 mln. 642 min 144 manatı müdafiə və təhlükəsizlik sahəsində tətbiqi tədqiqatlar, 1 mlrd. 257 mln. 616 min 282 manatı digər kateqoriyalara aid edilməyən xərclərə aiddir.

Gununsesi.info