“Azərbaycan müğənniləri mahnılarımı icazəsiz oxuyur” - Doğuş

  • By admin
  • 16 İyul 2016 14:21

dogush

 

Aparıcı Xoşqədəm Hidayətqızı ilə ailəli olan türkiyəli müğənni Doğuş film çəkir.

Gununsesi.info-nun məlumatına görə, bu haqda sənətçi “Star life” verilişinə açıqlamasında deyib.

O, bildirib ki, ekran işində özü çəkiləcək:

“Rejissorluğunu özüm edəcəm, baş rolda da çəkiləcəm. Həyatıma aidiyyatı yoxdur, amma eşq filmidir”.

Doğuş xalq artisti Alim Qasımovla işbirliyi edəcəyini deyib:

“Alim Qasımovu çox sevirəm. Möhtəşəm səsi var. Eyni zamanda əvəzolunmaz bir sənətkardır, ondan çox şey öyrənməliyəm. Onu bütün dünya sevir”.

İfaçı “Azərbaycan bəstəkarlarından mahnı almağı düşünmürsünüz” sualına belə cavab verib:

“Mən ancaq özüm yazdıqlarımı oxuyuram, özəlliyim budur. Hətta digər müğənnilər də mənim mahnılarımı ifa edirlər.

Bəstələrimi Azərbaycan müğənniləri də icazəsiz oxuyub. Onlardan “İçime atıyorum aşk”ı misal çəkə bilərəm”.

Gununsesi.info