Azərbaycan müqavilədəki üç maddəni Ermənistana güzəştə gedəcəkmi? - Politoloqdan açıqlama

Məlumdur ki, Azərbaycan-Ermənistan arasında imzalanmalı olan sülh müqaviləsinə dəyişiklik məsələləri hələ də aktuallığını qoruyur. Daha dəqiq, Ermənistan tərəfi 16 maddədən ibarət müqaviləni tələsik imzalamaq istəyir.

Bəs bu müqavilə niyə imzalanmır, maddələr güzəştə gediləcəkmi?

Məsələ ilə bağlı Gununsesi.infoya danışan politoloq Əziz Əlibəyli prosesi bu cür şərh edib:

“Ermənistanın indiki şəraitdə və tezlikdə müqavilə imzalamaq istəyi daha çox Qərb tezislərinə söykənən baxışdır. Xüsusi ilə də Birləşmiş Ştatlardan Azərbaycana yönəlik çağırışlarda olan tələblər idi. Buna da cavab kimi Prezident Qərblə münasibətlərə limit gətirdi və müxtəlif ikitərəfli, beynəlxaq təşkilatlar çərçivəsindəki əməkdaşlığa dair cavab verdi. Qərb istəyir ki, sülh müqaviləsi elə Qərbdə imzalansın və öz maraqları da təmin olunsun. Bu baxımdan da Azərbaycanı haqsız çıxartmaq istəyirlər ki, guya sülh istəyən bunlardır, gecikdirən də biz.

Politoloq vurğulayıb ki, Ermənistan tərəfi müqavilənin imzalanmasını həm də” COP29″ çərçivəsində həll etməyə çalışırdı.

“Onlar istəyirdilər ki, müqaviləni “COP29” çərçivəsində imzalasınlar. Çünki bu cür qlobal tədbirdə Azərbaycan təsir göstərmək niyyətləri var idi. Hesab edirdilər ki, biz də məcbur qalıb imzalayacağıq.  İlham Əliyev Cəbrayılda çıxışı zamanı da rəsmən ritorikanı dəyişdirdi və onların sülhdən qaçmaq cəhdlərinə cavab verdi. Düşünürəm ki, hazırda Ermənistanla müqavilənin şərtləri tam təsdiqlənməyib.

Sual olunur: Niyə Ermənistanla tələsik müqavilə imzalansın?

Azərbaycan o üç maddəni heç vaxt güzəştə getməyəcək.

Böyük ehtimal onlardan biri konstision dəyişiklikdir. İkinci maddə hesab edirəm ki, dinc yaşamaq, qonşuluq prinsipidir. Üçüncüsü isə öhdəliklərin yerinə yetirilməsi məsələsidir.

İndi yerinə yetirilcəkmi? Müharibə cinayətləri törədənlərin ekstradisiyası, cəzalandırılması var. Bir sözlə, çox şey var.

Azərbaycanın yeganə güzəşti Zəngəzur dəhlizi anlayışını prinsipcə kommunikasiytaların açılışı ilə əvəz elədi.

Orxan Saffari

Gununsesi.info