“Azərbaycan müstəqil xarici siyasət həyata keçirir” -Prezident

Azərbaycan müstəqil xarici siyasət həyata keçirir.

Gununsesi.info xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Astanada İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi ilə görüşdə bildirib.

HTML tutorial

Prezident İlham Əliyev bu il sentyabrın 12-13-də Ermənistanın regional vəziyyəti gərginləşdirmək istiqamətində təxribatlar törətdiyini diqqətə çatdırıb.

Hazırda Cənubi Qafqazda sülh quruculuğu proseslərinin getdiyini deyən dövlət başçısı bildirib ki, Azərbaycan irəli sürdüyü 5 prinsip əsasında Ermənistanla sülh müqaviləsinin imzalanmasını təklif edib.

Dövlət başçısı Ermənistan tərəfindən siyasi iradə göstəriləcəyi təqdirdə, bu istiqamətdə irəliləyişə nail olmağın mümkünlüyünə inandığını qeyd edib.

Gununsesi.info