Azərbaycan nefti 1 dollardan çox ucuzlaşıb

  • By admin
  • 16 Avqust 2017 08:49

neft

Azərbaycanın dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin 1 barelinin qiyməti 1,42 dollar və yaxud 2,64% azalıb.

Gununsesi.info xəbər verir ki, “Azeri LT CIF” markalı neftin qiyməti 52,38 dollar/barelə bərabər olub.

Xatırladaq ki, “Azeri LT CIF” neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

Gununsesi.info