Azərbaycanın dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin bir barelinin qiyməti 0,47 dollar və yaxud 1,01% ucuzlaşıb.
Gununsesi.info xəbər verir ki, “Azeri LT CIF” markalı neftin bir barelinin qiyməti 46,20 dollara bərabər olub.
Qeyd edək ki, “Brent” markalı xam neftin qiyməti 44,72 dollar/barelə enib.
Xatırladaq ki, “Azeri LT CIF” neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.
Gununsesi.info