Azərbaycan nefti 2 dollara yaxın ucuzlaşdı

  • By admin
  • 07 Fevral 2018 09:36

Azərbaycanın dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin 1 barelinin qiyməti 1,35 dollar və yaxud 1,92% azalıb.

Gununsesi.info xəbər verir ki, “Azeri LT CIF” markalı neftin qiyməti 69,12 dollar/barelə bərabər olub.

Xatırladaq ki, “Azeri LT CIF” neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

Gununsesi.info