Azərbaycan nefti bahalaşdı

  • By admin
  • 12 Fevral 2022 11:05

Azərbaycan nefti bahalaşıb.

Gununsesi.info xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,52 dollar artaraq 98,75 dollar olub.

Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin bu il ərzində maksimum qiyməti fevralın 5-də (99,30) qeydə alınmışdı.

Qeyd edək ki, dünya birjalarında digər markalardan olan neft də bahalaşıb.

Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 3,03 dollar artaraq 94,44 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 3,22 dollar bahalaşaraq 93,10 dollar olub.

Gununsesi.info