Azərbaycan nefti sürətlə bahalaşır - 53 DOLLARI ÖTDU

  • By admin
  • 18 May 2017 09:22

neft quyusu

Azərbaycanın dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin 1 barelinin qiyməti 0,25 dollar və yaxud 0,47% artıb.

Gununsesi.info  xəbər verir ki, “Azeri LT CIF” markalı neftin qiyməti 53,14 dollar/barelə bərabər olub.

Xatırladaq ki, “Azeri LT CIF” neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

Gununsesi.info