
Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,74 ABŞ dolları, yaxud 1,78 % azalaraq 95,86 ABŞ dolları təşkil edib.
Bu barədə neft bazarındakı mənbədən məlumat verilib.
Hərraclarda “Brent” markalı neftin oktyabr fyuçersləri 93,17 ABŞ dollara satılıb.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 85 ABŞ dollarından götürülüb.
Gununsesi.info